free counters

 

statcounter free invisible

Banner

ABBYY şirkəti Apple iOS əməliyyat sistemi üçün ABBYY Lingvo Dictionaries 2.0 elektron lüğətinin  yeni versiyasını təqdim edib.


 

iOS üçün ABBYY Lingvo Dictionaries 2.0 Proqramına Əlavə Edilmiş Başlıca Yenilik

Yeni versiyaya fototərcümə imkanı əlavə edilmişdir. İndi lüğət vasitəsilə daxili kamera ilə çəkilmiş və ya fotoalbomdan yüklənmiş şəkillərdəki sözləri tərcümə etmək olar. Bu, mətnin optik tanınması texnologiyası sayəsində mümkün olmuşdur.

ABBYY Lingvo Dictionaries 2.0 eyni zamanda çoxsaylı lüğətlərə çıxış əldə etmək üçün universal bir proqramdır. İstifadəçilər 30 dildə 250-dən artıq lüğətlə təchiz olunmuş kitabxana sayəsində öz şəxsi söz leksikonlarını yarada bilər.

Bu zəngin lüğət sayəsində hər bir söz üçün tərcümə versiyaları, transkripsiyalar, istifadə nümunələri və söz formaları tapmaq, eləcə də dil daşıyıcıları-diktorlar tərəfindən səsləndirilən sözlərin tələffüzünü dinləmək mümkündür.

İnterfeys

ABBYY Lingvo Dictionaries proqramının interfeysi 2.0 ingilis, alman, fransız, ispan, italyan və rus dillərini dəstəkləyir. Fototərcümə funksiyası 27 Avropa dili, o cümlədən ingilis, alman, fransız, italyan, ispan, rus və yunan dilləri üçün nəzərdə tutulub.

Tanınan mətndə sözlərin ən çox yayılmış tərcümə metodu variantların iPhone ekranında minikartlar formasında görünməsidir. Bu da mətn fraqmentinin mənasını tez anlamağa imkan verir.

ABBYY Lingvo Dictionaries 2.0 ifadələri sözbəsöz tərcümə etməyə imkan verir. Veb-səhifələri nəzərdən keçirərkən və ya elektron kitab oxuyarkən mübadilə buferinin yaddaşında 5-ədək ardıcıl söz saxlamaq, ABBYY Lingvo-nu işə salmaq olar. Beləliklə, proqram özü nüsxəsi çıxarılan sözlərin hər birini tərcümə etməyi təklif edəcək.

Daha Bir Yenilik

Lüğətə edilmiş daha bir yenilik hipermətn dəstəyidir ki, onu basdıqda lüğət mətnindəki istənilən sözü tərcümə etmək olar.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511921
 5 qonaq