
Uzun müddətdir ki, Azərbaycanlı Apple istifadəçiləri şirkətin online proqram satışı mağazası olan App Store-da ölkə olaraq Azərbaycanın adının olmamasından narahat idilər. Səbəblərdən ən başlıcası leqal proqram təminatı istifadəsinin ökəmizdə nisbətən zəif inkişaf etməsi idi. Bu da öz növbəsində iPhone, iPad vı iPod touch kimi kimi mobil devaysların lokal istifadəçilər üçün funksionallığını bir xeyli azaldırdı. Ancaq Apple-ın Azərbaycandakı biznes partnyoru Mac.az Ltd şirkətinin davamlı səyləri nəticəsində nəhayət bü gün App Store-da Azərbaycan bölməsi açıldı.
Artıq Apple sevərlər ölkə olaraq Azərbaycanı seçərək birbaşa Azərbaycan App Store-undan proqramlar yükləyə biləcəklər. Eyni zamanda bu, yerli şirkətlərin rəqabətdə önə çıxması üçün yeni bir fürsətə də şərait yaratdı. Artıq istənilən şirkət öz app (proqram) –ini hazırlayaraq App Store-da yerləşdirə və lokal iPhone, iPad və iPod touch istifadəçilərinin onların xidmətlərindən yararlanmasına şərait yarada bilərlər. Məlumat üçün qeyd edək ki, iyul ayının 7-ə olan statistikaya əsasən App Store-da ümumən 425 min proqram (app) var. İstifadəçilər tərəfindən yüklənən proqram sayı 15 milyard, dövriyyə isə 3,6 milyard dollar təşkil edir.
Xatırladaq ki, App Store-da Azərbaycanın yer alması üçün danışıqlar artıq 1 ildən çoxdur ki davam edirdi. Bir daha bütün istifadəçiləri təbrik edirik. Bu hələ başlanğıcdır.
axırıncı dəyişikliklər (25.07.11 06:21)




Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.