Ən yaxşı offlayn-brau
zerlərdən biri olan Offline Explorer proqramı yenilənib.
Proqram Sizə Nədə Yardımçı Ola Bilər?
Bu proqram təminatı HTTP, FTP, HTTPS, MMS, RTSP və Bittorrent protokolları üzrə fayl və internet səhifələri yükləməyə imkan verir.
Bu proqram xüsusən böyükhəcmli faylları yükləmək üçün rahatdır. Offline Explorer çoxsaylı funksiyalara və yükləmə rejimini müəyyənləşdirmək üçün müxtəlif ayarlara malikdir.
Offline Explorer-in Hansı Versiyaları Mövcuddur?
Bu proqram təminatının 3 versiyası mövcuddur: Standart, Pro və Enterprise.
Baza rolunu oynayan birinci versiya yalnız başlıca elementlərə malikdir. Bu versiyada brauzerdən linkləri çəkib gətirmək, layihələri ayrı-ayrı qovluqlarda yerləşdirmək, eləcə də, səhifə və faylları saxlamaq, HTTPS protokolu üzrə yükləmək və bəzi digər imkanlar yoxdur.
Son Versiyada Hansı Dəyişikliklər Müşahidə Olunur?
Proqram təminatının sonuncu versiyasında (Offline Explorer 5.9 SR2) skriptlərdə mp3 linkləri müəyyənləşdirmək funksiyası, PNM protokol dəstəyi, HTTP 302 səhifəsindən yönləndirmə, səhifələrdən Google analytics skriptinin götürülməsi, XML fayllarında skriptlərin emalı daha da yaxşılaşdırılmışdır.

Proqram Təminatının Müəllifi: Metaproducts.com
Əməliyyat Sistemi: Windows All
Həcm: 8,43 Мb
Offline Explorer Pro Versiyasını buradan yükləyə bilərsiniz.
Mənbə: www.texnomedia.com






Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.