free counters

 

statcounter free invisible

Banner

Samsung Electronics şirkəti F3EG FK üçün yüksək texniki xarakteristikaları və ekoloji olması ilə fərqlənən yeni sərt disk təqdim edib. İstehsalçının verdiyi məlumata görə EcoGreen F3EG sərt diski öz sələfi F2EG modelinə nisbətən daha yüksək göstəricilərə malikdir. 2 Tb yaddaşına görə bu disk özündə DVD formatında 880 saata yaxın video və ya MP3 formatında 500 000-dən çox kompozisiya saxlaya bilər. Həcminin artması ilə yanaşı yeni F3EG modeli istifadə olunan dörd ədəd yüksək göstəricili maqnit diskləri sayəsində həm də enerjiyə qənaət edir.

Samsung EcoGreen sərt disklərində EcoTriangle texnologiyasının istifadə olunması küy dərəcəsinin və enerji sərfiyyatının azalmasına xidmət edir. Halogen birləşmələr və bromlaşdırılmış antipirenlər olmadan ekoloji təmiz komponentlərdən təşkil olunması isə Beynəlxalq RoHS standartı da daxil olmaqla sərt standartlara cavab verir. Yeni Samsung F3EG modelində küy səviyyəsinin azaldılması üçün SilentSeek və NoiseGuard texnologiyalarından istifadə olunur. Bundan başqa ön konstruksiyanın və az miqdarda komponentlərin istifadə olunması sayəsində diskin enerji sərfiyyatı rəqiblərindən gözləmə rejimində 40%, oxuma/yazma rejimində isə 10% azdır.

F3EG 1.5 və ya 2 Tb yaddaşlı, 16/32 Mb buferli və SATA 3 Qbit/s interfeysi ilə istehsal olunur.

 

axırıncı dəyişikliklər (08.02.10 07:53)

 

Şərhər  

 
0 #3 Nesimi 2010-08-12 16:14
1 Yottabyte sabit disk..
Sitat
 
 
+3 #2 Nigar 2010-02-09 06:14
Rusiyada satishda var qiymeti 6199 rubl, 163 AZN.
Sitat
 
 
+1 #1 ESTA 2010-02-08 23:54
Bakıda var ?
qiyməti nə qədərdi ?
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511929
 5 qonaq