Banner

 

free counters

 

statcounter free invisible

www.compuser.info

Dünyada ilk Robot Texnikası İnstitutu açılıb

Image Bu gün Cənubi Koreyada tələbələrin yalnız robot texnikası sahəsi üzrə təhsil alacağı dünyada ilk Robot Texnikası İnstitutunun açılışı olub. Yeni tədris ocağında tələbə və müəllim heyəti tərəfindən işlənib hazırlanan məhsulların kommersiyalaşdırılması ilə məşğul olacaq kommersiya bölməsi də fəaliyyət göstərəcək.

Xatırladaq ki, əvvəllər Cənubi Koreya hakimiyyəti robot və robotlaşdırılmış sistemlərin yaradılması sahəsini ölkənin strateji prioritetlərindən biri olduğunu elan etmişdir. Bundan əlavə, bir neçə il öncə Seulda “robotlar şəhəri”nin yaradılması ideyası da irəli sürülmüşdür. Təklifə əsasən, küçələrin təmizlənməsindən başlayaraq restoran və digər ictimai obyektlərdəki xidmətlərədək bütün işləri yalnız robotlar yerinə yetirməli idi.

 

Yüklənmə diskini seçmə qaydası

Bu Dərsdə kompyuter yüklənən an orada hansı əməliyyat sistemini seçmək və yaxud kompyuteri sərt disk kimi başqa kompyuterə necə qoşmaq nəzərdən keçirilibdir.

 

Paralel desktop proqramına giriş

Bu dərsdə Paralel desktop proqramının işi nəzərdən keçirilib. Eyni anda Windows əməliyyat sistemi Apple kompyuterində işləməsi göstərilibdir.

 

İşçi stolu qaydaya salmaq haqqında dərs

Bu dərsdə işçi stolunu necə qaydaya salmağı öyrənmək olar.

 

Dünyada 3D texnologiyaları ilə təchiz olunmuş fərdi kompyuterlərin satış həcmi artmaqdadır

Image Televizor texnikası sektorunda tətbiq olunan üçölçülü təsvir texnologiyaları getdikcə daha geniş vüsət alır. Bu proses hazırda fərdi kompyuterlərə də sirayət etməkdədir.

Jon Peddie Research şirkətinin hesabatında qeyd olunur ki, 3D texnologiyaları ilə təchiz olunmuş fərdi kompyuterlərin (3D PC) satış həcmi artmaqdadır. Analitiklər belə hesab edirlər ki, hazırda bir milyon qurğu göstəricisi ilə hələ formalaşma mərhələsində olan 3D PC bazarında dörd ildən sonra həmin göstərici 75 milyona çatacaq. Artımın daha çox video-oyunlar sektorunda müşahidə olunacağı gözlənilir.

 

ABŞ İnternetin inkişafına 800 milyon dollar ayıracaq

Image ABŞ-ın prezident administrasiyası İnternetə genişzolaqlı çıxış şəbəkəsinin inkişafına 795 milyon dollar ayrılacağını bəyan edib.

www.lenta.ru saytının məlumatına görə, bu vəsaitlə ölkədə yeni şəbəkələrin inkişafı üzrə 66 layihə maliyyələşdiriləcək. Maliyyə vəsaiti ABŞ iqtisadiyyatının bərpası haqqında qanunda nəzərdə tutulmuş qrant və ya dövlət ssudası şəklində ayrılacaq. Bu yolla ABŞ hökuməti daha 5 min iş yerinin açılmasına müvəffəq olmaq niyyətindədir. ABŞ-ın ticarət naziri Geri Lok bildirib: “Bizim vəzifəmiz amerikalıları qısa zamanda iş yerləri ilə təmin etməkdir”.

 
               



     Son şərhlər
     Proqramlar

     Sorğu
Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 18
Kontent : 471
Baxılanlar : 96023
 1 qonaq 
Banner
Banner


arasında aşağıdakı bilərsiniz düyməsini haqqında həmçinin informasiya internet istifadə lazımdır mümkün müxtəlif məlumat məsələn nümunə olunan proqramı user@gnu_linux şəbəkə əməliyyat

Banner

    Son dərslər