Fransa Milli Yığıncağı müəllif hüquqları ilə qorunan materialların surətini qanunsuz olaraq köçürməklə məşğul olan istifadəçilərin İnternetinin 1 il müddətinə kəsilməsi haqqında qanunu ikinci oxunuşda qəbul edib. Qanuna görə, istifadəçilərin İnterneti onlara üç dəfə xəbərdarlıq olunandan sonra kəsiləcək.
Bu qanun müəlliflik hüquqları qorunanlara faylların mübadiləsi prosesinə nəzarət etməyə və piratçılıqda şübhəli bildikləri istifadəçilər haqqında müvafiq instansiyalara məlumat verməyə imkan verəcək. Onu da bildirək ki, yaranacaq problemlərlə əlaqədar tədbirlərin görülməsi ilə xüsusi olaraq yaradılmış İnternetdə Hüquqların Qorunması üzrə Agentlik məşğul olacaq...