
Oyunu keçən ilin may ayında təqdim ediblər və həmin vaxtdan etibarən sayta ayda 500 minə yaxın istifadəçi daxil olur. The Daily Telegraph-ın məlumatına görə bu oyunu təxminən 22 milyon dünya əhalisi oynamışdır.
Uilyam Şekspirin oxucularına onun vətənində olmaq imkanı təqdim edən saytda sevimli personajların iştirakı ilə maraqlı oyun yerləşdirilib. Startford-Eyvon küçələrində qaçan "Romeo" kitablar oxuyur, sevgilisi üçün gül toplayır, qabanlar və skeletlərlə döyüşür və bu oyun 10 səviyyədə davam edir. Layihənin müəllifləri etiraf edirlər ki, bu onların yaratdığı ən uğurlu işdir: "Biz "təkər"i yenidən kəşf etmirik, sadəcə olaraq Şekspirin ən məşhur personajı Romeodan istifadə etmişik, oyunun özü isə Mario oyununu xatırladır"- mütəxəssislər qeyd ediblər. Şekspirin Kral Cəmiyyəti teatral truppasında da hadisədən çox razıdırlar: "İnsanlarda "Romeo və Culyetta"ya qarşı bu cür maraq yaratmaq yaxşı ideyadır. Bununla Şekspir yenidən həyata qayıdır."
Bununla yanaşı şirkət istifadəçilərə ən yaxşı statistikaya görə müsabiqədə iştirak etmək hüququ təqdim edir. Qaliblər məşhur klassikin vətənini pulsuz gəzmək imkanı əldə edəcək. Müqəddəs Valentin günü ərəfəsində burada xüsusi bayram proqramı hazırlayırlar: Şekspirin həyat yoldaşı Enn Heteueyin evində mütaliə, Keniluort sarayında romantik anlar, vertolyotda gəzinti və s.