Image Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) www.btrib.net yeni İnternet saytı istifadəyə verilib. Hazırda sayt test rejimində işləyir və kontentin tamamlanması istiqamətində işlər görülür. Öncəki resursla müqayisədə daha mükəmməl üslubda hazırlanmış, ən son innovasiyalar tətbiq edilmişdir.

Saytdakı yeni rubrikalar və əsasən də BTRİB-lə əks əlaqə imkanının yaradılması diqqəti cəlb edir. Yeniliklərdən biri də elektron ərizə və müqavilə nümunələrinin eyni adlı bölmələrdə yerləşdirilməsidir ki, bu da istifadəçilərin həmin sənədlərdən yararlanaraq vaxta qənaət etməsinə imkan yaradır.

Yeni saytın “Tariflər”, “Хidmətlər”, “Yeni texnologiyalar”, “Statistika” bölmələrində BTRİB şəbəkəsi ATS-lərinin tutumu və tipinin xüsusi çəkisi, qurumun şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı, BTRİB işçilərinin orta aylıq əmək haqlarının artım faizi, telefon və İnternet xidmətlərinin tarifləri, NGN - Elektron Bakı lahiyəsi bazasında Azərbaycan ərazisində bütün növ inteqrasiyalı genişzolaqlı multimedia xidmətlərinin (İAD) tətbiqi və s. haqqında maraqlı məlumatlar əks etdirilmişdir.

www.btrib.net saytı qısa müddətdə tamfunksiyalı rejimdə istifadəyə veriləcək.

Mənbə ict.az

 

Şərhər  

 
0 #2 ALI-ELI 2010-05-13 10:21
BU XEBERE SEVINDIM
Sitat
 
 
0 #1 peleng 2010-05-02 19:26
www.btrib.net sayti haqqinda melumat aldim,tezlikle istifadeye verilmeyini gozleyirem.
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə