Google şirkətinin onlayn-tərcümə sistemi – Google Translate proqramı öz imkanlarını artırıb. Proqrama beş dil əlavə olunub, onlardan biri də ana dilimiz olan Azərbaycan dilidir. Artıq bu proqram vasitəsilə mətnləri həm Azərbaycan dilindən digər xarici dillərə, eyni zamanda əcnəbi dildən dilimizə tərcümə etmək mümkündür.
Qeyd edək ki, Google Translate sisteminə 57 dil daxil edilib. Yeni əlavə olunan Azərbaycan dili ALPHA versiyada təqdim olunub. Burada tərcümə imkanlarının təkmilləşdirilərək daha səlis şəkildə təqdim edilməsi nəzərdə tutulub.
Mətnlərin tərcüməsində qüsurlar olsa da, ümumilikdə lazımi informasiyanı əldə etmək olur. İstifadəçi sistemə daxil edilən dillərdə mövcud informasiya resurslarının ünvanını göstərməklə istədiyi informasiya ilə tanış ola bilər.
Sözügedən sistem də daxil olmaqla hazırda fəaliyyət göstərən bütün tərcümə sistemlərində hələ ki, mətnin mükəmməl tərcüməsinə rast gəlmək qeyri-mümkündür. Mütəxəssislər hazırda buna nail olmağa çalışırlar.
Mənbə ict.az