Ehtiyyat nüsxələnməsi üçün istifadə olunan bir çox müxtəlif proqramlar mövcuddur. Bu proqramlar ən vacib proqramlardan olsalarda, eyni zamanda ən az istifadə olunan hesab oluna bilər Nədənsə, əksər istifadəçilər faylların təsadüfən və ya digər səbəbdən itməsi təhlükəsi haqqında xəbərləri olsa da, bunun onlara aid olmamasını düşünürlər.

Digər səbəb xüsusi proqram və ya avadanlığın olmaması ola bilər. Ümumiyyətlə isə ehtiyyat nüsxələnməsinə lazımi əhəmiyyət verilməməsi sonda acınacaqlı nəticələrə gətirib çıxara bilər.

Bir çox sistemlərdə indiyə qədər istifadə olunan standart alətlər əməliyyatı çox gec yerinə yetirdiklərinə, ehtiyyat nüsxələnməsi zamanı sistemin istifadəsini məhdudlaşdırdığına və bir sıra digər səbəblərə görə ehtiyyat nüsxələnməsi əməliyyatını narahat və çətin bir işə çevirirdi. Bu problemləri Windows 98/Me sistemlərində yaşayan istifadəçilər Windows XP/2000 sisteminin alətlərini gördükdə yaxşı mənada təəcüblənəcəklər. Bundan əlavə müxtəlif platformalar üçün yaradılmış azad / açıq mənbəli ehtiyyat nüsxələnməsi proqram təminatları da mövcuddur.

Backup Aləti
Windows XP əməliyyat sistemində istifadə olunan Backup alətinin bəzi xüsusiyyətlərini nəzərinizə çatdırıram:
Ehtiyyat nüsxələnməsi üçün obyektlərin rahat seçilməsi (qovluq və ya fayllar, local, müvəqqəti və ya şəbəkə diskləri və s.)
Bərpa olunacaq obyektlərin rahat seçilməsi
Sistemin vəziyyətinin ehtiyyat nüsxələnməsi və bərpası. Yalnız local sistemə tətbiq olunabilən bu funksiya aşağıdakı obyektlərə tətbiq oluna bilər: following:
Reyest (Registry)
Yüklənmə faylları (system faylları ilə daxil)
COM+ Siniflərinin qeydiyyat bazası

Ehtiyyat nüsxələnməsinin növləri.

Tam nüsxələnmə (Full backup )
Tam nüsxələnmə XP sistemlərində həmçinin Normal nüsxələnmə adını daşıyır. Normal nüsxələnmə nüsxələnmə üçün seçilmiş bütün faylların ehtiyyat nüsxələnməsini saxlayır.
Backup proqramı ehtiyyat nüsxələnən faylı/qovluğu ehtiyyat nüsxəsi üçün istifadə olunan qurğuya köçürdükdən sonra, orijinal fayl üçün arxiv əlaməti silinir, və bu, faylın ehtiyyat nüsxələnməsini göstərir. Backup proqramı tam nüsxələnmədə bu əlaməti tam nüsxələnmədən əvvəl yoxlamır, yalnız nüsxələnmədən sonra əlaməti qeyri aktiv edir.

Artırılma nüsxələnməsi (Incremental backup)
Artırılma nüsxələnməsi son tam və ya Artırılma nüsxələnməsindən bəri əlavə edilmiş və ya dəyişilmiş faylların nüsxələnməsini icra edir. Hər hansı bir fayl yaradıldıqda və ya dəyişildikdə o faylın Arxiv əlaməti aktiv olaraq qeyd edilir. Artırılma nüsxələnməsi bu əlamətdən istifadə edərək həmin qovluq və ya faylın nüsxələnmə siyahəsənə daxil olunmasə haqqında qərar verir. Nüsxələnmə tamamlandıqdan sonra arxil əlaməti silinir. Beləliklə, Artırılma nüsxələnməsində arxiv əlaməti silinibsə, və həmin fayl dəyişilməyibsə, növbəti artırılma nüsxələnməsində bu fayl iştirak etməyəcək.

Adi nüsxələnmə (Copy backup)
Adi nüsxələnmə eyni olaraq tam nüsxələnmə kimi seçilmiş faylları tam nüsxəsini ehtiyyat qurğusunda yaradır; yeganə fərq Arxiv əlamətinin qeyri aktiv olunmamasıdır. Yəni fayllar sadəcə necə var nüsxələnir. Bu növ nüsxələnmə faylların digər sistemə tez keçirmək üçün istifadə olunur.

Gündəlik nüsxələnmə (Daily Backup )
Gündəlik nüsxələnmə cari gün ərzində dəyişilmiş və ya əlavə edilmiş faylların ehtiyyat nüsxəsini yaradır. Bu məqsəd üçün fayl və qovluqların Son dəyişilmə (Last Modified ) tarix əlaməti istifadə olunur. Gündərik nüsxələnmə arxiv əlamətini dəyişmir, və bu səbəbdən Artırılma və tam nüsxələnmələr ilə kəsişmir.

Fərq nüsxələnməsi (Differential backup)
Fərq nüsxələnməsi son tam və ya artırma nüsxələnmsəindən dəyişilmiş və əlavə olunmuş fayl və qovluqları nüsxələyir. Nüsxələnəcək faylların siyahısı onların arxiv əlamətinin aktiv olması ilə müəyyən edilir.Artıqma nüsxələnməsindən fərqli olaraq, fərq nüsxələnməsi arxiv əlamətinə heç bir dəyişiklik etmir. Bu səbəbdən fərq nüsxələnməsi Tam-Artırma nüsxələnmə sistemi ilə kəsişmir. Fərq nüsxələnməsi vaxtaşırı yerinə yetirilirsə əvvəlki nüsxəni tam əvəzləyir.

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə