İndiki informasiya əsrində skanerlərin əvəzsiz yeri var. Sənədə şəkil əlavə etmək üçün, sənəd üzərində düzəliş etmək üçün, sevimli fotonun nüsxəsini artırmaq üçün, çoxlu sayda sənədlərin və ya kitabın səhifələrini elektron formada yaddaşa vermək üçün və başqa çoxlu işlər üçün skanerlərdən istifadə olunur. Bu işlərin necə görülməsi barədə bir az sonra qeyd edəcəyəm.

planshet

Əvvəlcə skanerin quruluşu və iş prinsipi ilə tanış olaq. Çoxlarının gördüyü və işlətdiyi skanerlər planşet skanerlər adlanır, bunlar kserokopiya aparatına oxşayırlar. Kserokopiya sənədin surətini kağız üzərinə köçürür, skaner isə elektron formada kompüterin yaddaşına köcürür. Skanerin əsas hissəsi işıq lampasından, optik güzgü sistemindən və fotoelementlərdən təşkil olunmuş blokdan ibarətdir. Skanerin qapağını qaldıranda şüşə görürük, şüşənin altında hərəkət edən başlıq yerləşir. Skan etmək istədiyimizi üzü aşağı qoyuruq və qapağı bağlayırıq. Ya skanerin üzərində olan düyməni, ya da kompüterdə proqram təminatı varsa müvafiq düyməni vurmaqla skan prosesi başlayır. Skan prosesində qapağı qaldırmaq olmaz. Şüşənin altındakı başlıq hərəkət edir və lampanın şüası sənədin üzərinə düşməklə güzgü sistemindən və fotoelementlərdən keçir, elektrik yükü vasitəsilə mətnin və ya qrafikanın analoq təsviri yaranır, sonra analoq məlumat rəqəmli məlumata çevrilir və kompüterə göndərilmək üçün hazırlanır. Kompüterdə olan proqram təminatından asılı olaraq skan etdiyimiz sənədi bmp, pdf, jpg, tif və s. formatlarda yaddaşa verə bilərik.

Skanerin proqram təminatında öncəbaxış düyməsi var, hansı ki, bu düymənin vasitəsilə skanın necə olacağına baxa bilərik və skanın ölçülərini dəyişə bilərik. Skanın digər seçənəkləri də var ki, proqram təminatına diqqətlə baxsanız görə bilərsiniz.

Skanın keyfiyyəti 1 düymdə (1 düym=23 millimetr) olan nöqtələrin sayından asılıdır. Buna ppi (pixels per inch) və ya dpi (dot per inch) deyilir. Burada riyaziyyatdakı nöqtələrdən deyil, kvadrat formalı nöqtələrdən söhbət gedir. Hər bir şəkil kvadrat formalı nöqtələrdən təşkil olunmuşdur. Skan edərkən dpi yüksək olarsa şəkil də keyfiyyətli olar. Şəkli kompüter və ya internet üçün skan edirsinizsə 72 dpi bəs edər, şırnaqlı printerdə adi kağıza çap edəcəksinizsə 100-200 arası, lazer printer və ya şırnaqlı printerdə xüsusi kağız istifadə olunursa 300 dpi lazım olur. Dpi yüksək olduqca skanın sürəti aşağı olur, faylın ölçüsü böyük olur.

Sənəddə olan yazıları skaner şəkil kimi götürdüyü üçün onun üzərində işləmək olmur. Mətn üzərində işləmək üçün sənədi şəkil formatından mətn formatına çevirmək lazımdır. Bunun üçün mətn tanıyan proqramlardan istifadə olunur. Belə proqramlardan ən məşhuru ABBYY FineReader proqramıdır. Word 2007 versiyasının da belə imkanı var. Bu barədə "Tətbiqi proqramlar" bölməsində məqalə olacaq. Proqramın mətni çevirməsi üçün mətndə olan hərflər aydın və səliqəli olmalıdır. Əgər mətn elə vəziyyətə düşübsə onun üstündə çox işləmək lazımdır, ondansa mətni əl ilə yığmaq daha məqsədəuyğun olar.

İndi skanerin bir neçə başqa növləri ilə tanış olaq.

Sənəd skaner. Sənəd-skanerlərdə əlavə kağızötürücü hissə olur, çoxlu kağız qoyulur və sənədlər avtomatik dalbadal skan olur. Bu skanerlər sürətli işləyirlər.

document-scaner

Kitab skaner. Kitab-skanerlər kitab, jurnal, qədim materiallar, xəritələr, çertyojlar üçün istifadə olunur. Bu skanerlərdə kölgələr düşmür və xüsusi işıqlandırmaya ehtiyac yoxdur. Bu cür texnologiya vasitəsilə “işıqdan qorxan ” köhnə sənədləri skan etmək olur.

book

Rulon skaner. Adından göründüyü kimi uzun kağızları skan etmək üçündür.

rulon

Barkod skaner. Bizim dildə ştrix-kod skaner deyilir, ticarətdə istifadə olunur. Ştrix-kod müəyyən məlumatları ağ-qara zolaqlar şəklində özündə saxlayır və əmtəə malın üzərinə yapışdırılır. Ştrix-kod skaner vasitəsilə bu məlumatlar kompüterə və ya kassa aparatına ötürülür. Bu skanerlərin əl ilə daşınan və hərəkətsiz növləri olur.

barcode

barcode-scanner

barcode-scanner

Baraban skaner. Baraban skanerlər şəkilləri keyfiyyətli skan etmək üçündür. Qiyməti yüksək olur. Poliqrafik məqsədlər üçün istifadə olunur.

baraban

Pasport skaner. Adından göründüyü kimi sənədlər üçün istifadə olunur.

pasport

Reproskaner. Reproskanerlərə şəkil skanerlər də deyilir, belə skanerlər böyük şəkilləri skan etmək üçündür.

repro

Slayd skaner. Slayd-skanerlər fotoqraflar və rəssamlar üçün münasib olan aparatdır. Şəkillərin neqativdən kompüterin yaddaşına verilməsi üçün istifadə olunur.

slide-scanner

3D skaner. Bu skanerlər həcmli obyekti skan edir və onun uçölçülü modelini yaradır. 3D skanerin foto-kameradan fərqi ondadır ki, foto-kamera 2 ölçülü formada, skaner isə 3 ölçülü formada yaddaşa götürür. 3D skaner obyekti müxtəlif tərəflərdən skan edir və proqram təminatı müxtəlif fraqmentləri birləşdirir, bununla da rəqəmli yaddaşda 3D obyekt yaranır.

3D-scanner

Tibbi skanerlər. Tibbin müxtəlif sahələrində müxtəlif cür skanerlər istifadə olunur.

tibbi

Ümid edirəm ki, bu məqalə işinizə yarıyar. Əgər xoşunuza gəldisə fikirlərinizi bizimlə bölüşün, əgər gəlmədisə iradları bizə göndərin.

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə