Image “Internet World Stats” Beynəlxalq monitorinq təşkilatının son məlumatlarına əsasən, Azərbaycanda İnternetin istifadə səviyyəsi 44,4 faiz təşkil edir.

AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az rəsmi saytının məlumatına görə, 2010-cu ilin iyun ayına olan vəziyyət üzrə ölkədə İnternet istifadəçilərinin sayı 3,7 milyona yaxın olub.

Qeyd etmək lazımdır ki, dünya üzrə İnternetin orta istifadə səviyyəsi 26,6 faiz təşkil edir, yəni Yer kürəsinin 1,8 milyarddan çox əhalisi qlobal şəbəkədə təqdim olunan xidmətlərdən istifadə edir. Azərbaycanda son illər ərzində həm şəhər, həm də kənd əhalisinin İnternetə çıxışla təmin olunması istiqamətində mühüm işlər görülür. Respublikada informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişafı üçün AzDataCom şəbəkəsinin yaradılmasına dair layihə reallaşdırılıb, eləcə də İnternet xidmətlərin qiymətlərinin endirilməsi üzrə işlər aparılıb. Təkcə 2009-cu ildə qiymətlər təqribən 5 dəfə azaldılıb.

Azərbaycanda 30-dan çox İnternet xidmətləri təchizatçıları – provayder şirkətlər fəaliyyət göstərir. Respublikada provayder xidmətlərinin təqdim olunması üçün lisenziya tələb olunmur.

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə