Rabitə və İnformasiya Texnologiya və Təhsil nazirliyinin dəstəyi ilə «Центром Знаний Азербайджан» iyun ayının birindən «START UP» adlı müsabiqəyə başlayacaq.
«START UP» müsabiqəsinin əsas məqsədi gənc mütəxəsislərin seçdiyi istiqamətin təkmilləşdirilməsidir. Müsabiqəyə texniki ixtisaslarda təhsil alan və yaş həddi 20-23 arası olan tələbələr dəvət olunur.
Belə bir müsabiqə Azərbaycan tələbələri arasında ilk müsabiqədir. «START UP» müsabiqəsinin qalibi «Центра Знаний Азербайджан» mərkəzində Cisco-nun: CCNP (Cisco Certified Network Professional), CCVP (Cisco Certified Voice Professional), CCSP (Cisco Certified Security Professional), CCIP (Cisco Certified Internetwork Professional) istiqamətlərində 10 000 dollar məbləğində kursdan keçə bilərlər.